Yeni treylerdə Qalaktika Mühafizəçiləri Kosmo adlı itlə məzəli mübahisə edirlər
“Knowhere” koloniyasının təhlükəsizlik xidmətinin başçısı və kosmik telepat Kosmo Piter Kvill və onun komandasının gəmisində Novaya məxsus izləyici böcəyin olduğunu aşkar edir. Buna görə də, o, qəzəblənir. Oyunun qeympley xüsusiyyətlərinə görə bu vəziyyətdə Piter ya həqiqəti deyərək dostu və komanda yoldaşı Raketi ələ verməli, ya da ki həqiqəti gizlətməlidir.
Xatırladaq ki, “Guardians of the Galaxy” 26 oktyabr tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün buraxılacaq.