Bu gün “New World” oyunu rəsmi buraxılışı ilə əvvəlki onlayn rekordlarını qıraraq “Steam” rəqəmsal mağazasında 2-ci yerdə qərarlaşıb
“New World” Amazon Games studiyası tərəfindən ərsəyə gətirilib. Oyun açıq dünyaya malik MMORPG janrındadır. Açıq beta sınaq mərhələsinin ilk günlərindən oyunda onlayn göstəricisi təxminən 200.000 nəfər idi.
Xatırlayırsınızsa, biz də açıq beta mərhələsində iştirak edirdik. Bu imkandan yararlanaraq oyunu izləyicilərimizə “Twitch” kanalımızda canlı yayımda təqdim etdik. GGC strimerlərinin oyun haqqında fikirləri bir qədər fərqli və ziddiyyətli olsa da, oyunun qiymətinin baha olmasında hər kəsin fikri üst-üstə düşdü.
Bu gün səhər saatlarında “New World” oyununu rəsmi buraxılışı baş tutdu. Elə ilk saatlardan da oyun rekord onlayn göstəriciləri nümayiş etdirir. Hazırda “Steam” rəqəmsal mağazasında eyni anda “New World” oynayanların sayı 450.000 nəfərə yaxındır.

Az öncə oyun onlayn sayına görə 3-cü yerdə olsa da, qısa müddət ərzində artıq 2-ci yerə yüksələ bilib. Oyunçu sayına görə “CSGO” ilə “New World” arasındakı fərq isə getdikcə daha da azalır.
“New World” oyununu “Steam” rəqəmsal mağazasından əldə etmək üçün keçid:
https://store.steampowered.com/app/1063730/New_World/
Oyunun qiyməti 18.49$ təşkil edir.