Halo Infinite oyununun süjet kampaniyasından The Conservatory mərhələsinin 5 dəqiqəlik qeympley videosu paylaşılıb.
Məşhur birinci şəxs perspektivli şuter seriyasının növbəti hissəsi olan “Halo Infinite” oyununun buraxılışına artıq çox az müddət qalıb. Buraxılış tarixi yaxınlaşdıqca isə oyunla əlaqədar daha çox material üzə çıxır.
Qeyd edək ki, hazırda “Halo Infinite” oyununun açıq beta sınaq mərhələsi keçirilir. Bu mərhələdə hər kəs oyunu şəxsən qiymətləndirə bilər. Həvəsi və vaxtı olmayanlar üçün isə açıq beta sınaq mərhələsindən internet resurslarında kifayət qədər videogörüntülər mövcuddur.
Dünən IGN portalı rəsmi YouTube kanalında “Halo Infinite” oyununun süjet kampaniyasından “The Conservatory” mərhələsinin qeympley videosunu paylaşıb. 5 dəqiqəlik videoçarx özündə seriyanın artıq əvvəlki hissələrində mövcud olan rəqiblərlə və qeympley mexanikası ilə yanaşı əsas qəhrəmanın yeni “Cindershot” silahını da ehtiva edir.
Xatırladaq ki, “Halo Infinte” 8 dekabr tarixində PC və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq.