“Halo Infinite” 8 dekabr tarixində PC və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq
Artıq bir neçə gün sonra “Halo Infinite” PC və Xbox platformaları üçün rəsmi buraxılacaq. Elə indi də oyun onlayn sayına görə reytinqlərdə yuxarı pillələrdə qərarlaşıb.
Bugünədək “Halo Infinite” oyununa və ümumilikdə oyun dünyasında cərəyan edən hadisələrə həsr olunmuş kifayət qədər treyler təqdim olunub. Bu dəfə isə treylerlər həqiqi aktyorların iştirak etdiyi kinematoqrafik formatdadır.
Xatırladaq ki, Microsoft və 343 Industries tərəfindən ərsəyə gətirilən birinci şəxs perspektivli şuter həm tək nəfərlik süjet kampaniyası, həm də çox nəfərlik oyun rejimlərini dəstəkləyir.