“DC Universe” YouTube kanalı “Harley Quinn” animasiyalı cizgi filmi serialının 2-ci sezonunun treylerini paylaşıb
Yenicə – 30.10.2019-cu ildə premyerası baş tutan “Harley Quinn” serialı kifayət qədər uğurlu olduğundan və izləyici auditoriya tərəfindən yaxşı qarşılandığından artıq cizgi filminin 2-ci sezonu da ərsəyə gətirilib. 1-ci sezonda olduğu kimi, yeni sezonda da Harli Kvinin ayrıca cani bir obraz kimi həyatından, eləcə də Gotham şəhərini öz aralarında bölüşdürmək istəyən digər DC kainatının mənfi obrazlarına qarşı mübarizəsindən bəhs edir.
Qeyd edək ki, “Harley Quinn” animasiyalı serialının 1-ci sezonu kritiklər və istifadəçilər tərəfindən Rotten Tomatoes saytında 86% / 85% olaraq dəyərləndirilib.
Harley Quinn animasiyalı serialının 2-ci sezonunun treylerini Sizə təqdim edirik: