12 iyun saat 23:00-da E3 2021 sərgisi çərçivəsində Rainbow Six Extraction oyununun qeympleyi təqdim olunacaq.
Ubisoft tərəfindən ərsəyə gətirilən kooperativ şuter “Tom Clancy’s Rainbow Six Extraction” oyunu 2019-cu il tarixində anons olunsa da, pandemiya səbəbindən bugünədək hələ də hazırlıq mərhələsində qalmaqdadır. Buna baxmayaraq Ubisoft vaxtaşırı “Tom Clancy’s Rainbow Six Extraction” haqqında müxtəlif başlıqlı xəbərlər paylaşaraq oyununu gündəmdə saxlamağa çalışır. Dünən Ubisoft YouTube kanalında oyunun daha bir tizerini paylaşıb. Tizerdə müəmmalı yadplanetli maddənin müxtəlif formalar alaraq ətrafa yayıldığı görünür:
Tizerin sonunda isə E3 2021 sərgisi çərçivəsində 12 iyun tarixində keçiriləcək Ubisoft Forward konfransında “Tom Clancy’s Rainbow Six Extraction” oyunun qeympleyi təqdim olunacaq. Ubisoft şirkətinin oyun haqqında daha ətraflı məlumat verməsi və buraxılışı tarixini elan etməsi də istisna olunmur.
Xatırladaq ki, “Tom Clancy’s Rainbow Six Extraction” əvvəllər “Tom Clancy’s Rainbow Six Quarantine” adı altında tanınırdı. Lakin, Ubisoft şirkəti pandemiya ilə əlaqədar mənfi təəssüratlar yaratmamaq üçün “Quarantine” sözünün gələcəkdə yeni bir sözlə əvəz olunacağını qeyd etmişdi. Bu barədə biz fevral ayında sizə məlumat vermişdik. Nəhayət ki, bu dəyişiklik baş verdi və “Quarantine” sözü “Extraction” (evakuasiya, ayırma, təcrid etmə azərb.) sözü ilə əvəz olundu.