GDC 2019 təqdimetmə mərasimi zamanı daha bir sürpriz. Bu yaxınlarda oyun bazarında meydana çıxmış Epic Game Store (bundan sonra EGS) öz özəllikləri ilə oyun fanatlarını təəccübləndirməkdə davam edir. Belə ki, GDC 2019-da EGS Quantic Dream-ə məxsus Detroit: Become Human, Beyond Two Souls və Heavy Rain oyunlarının eksklüziv olaraq EGS-də olacağını və artıq PC istifadəçiləri üçün mövcud olacağını bildirdi. Qeyd edək ki, bir zamanlar yalnız PlayStation platforması üçün eksklüziv olaraq oyun istehsal edən Quantic Dream şirkəti artıq buna son qoydu.
Bundan əlavə PC istifadəçiləri üçün Obsidian studiyası tərəfindən ərsəyə gətirilən “The Outer Worlds” və Remedy studiyası tərəfindən ərsəyə gətirilən “Control”-un da EGS-də PC istifadəçiləri üçün mövcud olacağı qeyd olundu.
EGS yeni yaranmasına baxmayaraq bir çox oyun şirkətləri və studiyaları ilə müvafiq razılaşmalar əldə edərək oyun fanatlarını öz tərəfinə çəkir və bazarda üstünlük əldə etməyə davam edir. Öz mövqeyində olan Steam isə bütün bu yenilikləri yalnız 1 ildən sonra öz alıcılarına təqdim edə biləcək.
Eksklüziv olaraq EGS-də mövcud olacaq yeni oyun siyahısını Sizə təqdim edirik:
• Detroit: Become Human
• Beyond Two Souls
• Heavy Rain
• The Outer Worlds
• Control
• Ancestors: The Humankind Odyssey
• The Cycle
• Industries of Titan
• Kine
• The Sinking City
• Solar Ash
• Journey to the Savage Planet
• Afterparty