Yeni treyler quldurluq zamanı komanda qarşılaşmalarının qeympleyinə həsr olunub
“Hood: Outlaws & Legends” haqqında əvvəlki məqaləmizi yazarkən oyunun çoxnəfərlik olduğunu qeyd etmişdik. Oyunun istehsalçı şirkəti Focus Home Interactive tərəfindən YouTube kanalında paylaşılan yeni treyler “quldurluq” qarşılaşmalarının qeympleyinə həsr olunub. Bu növ qarşılaşmada hər birində 4 nəfər olmaqla 2 komanda iştirak edir.

Qarşılaşmanın şərtləri kifayət qədər sadə və maraqlıdır: Hər iki komandanın üzvləri xəzinəni ələ keçirmək uğrunda mübarizə aparmalı olacaqlar. Lakin xəzinəni ələ keçirməyə tək qarşı komanda yox, həm də onu qoruyan şerif və onun əlaltıları mane olmağa çalışacaq. Xəzinəni ələ keçirib təyinat nöqtəsinə ilk çatan komanda qarşılaşmanın qalibi hesab olunur. Bunun üçün oyunda mövcud olan 4 ixtisasdan hər birinin imkan və xüsusiyyətlərindən mümkün qədər yararlanmaq lazımdır.
Xatırladaq ki, “Hood: Outlaws & Legends” 10.05.2021-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S platformalarına buraxılacaq.
Yeni qeympley treylerini təqdim edirik: