Bu dəfə yaradıcı studiya Sumo Digital “ranger” ixtisasının qeympleyini təqdim edib
“Hood: Outlaws & Legends” oyunu çoxnəfərlik (multiplayer ing.) RPG və ekşen (action ing.) janrlarındadır. Oyunun buraxılışı tarixi 10.05.2021-ci il tarixinə nəzərdə tutulub. Lakin, oyunu öncədən sifariş edənlər may ayının 7-dən giriş edə biləcəklər.
“Hood: Outlaws & Legends” PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S platformalarında istifadəyə veriləcək.
“Ranger” ixtisası “Hood: Outlaws & Legends” oyununda Robin adlı personajdır. O, oyunda Robin Hudun timsalında çıxış edir.

Yeni qeympley videosu beynəlxalq IGN portalının rəsmi YouTube kanalında paylaşılıb. “Ranger” oyunda olan 4 fərqli ixtisasdan biridir. Oyundakı bu ixtisasın xüsusiyyəti ondan ibarətdir ki, o, əsasən gizli oyun (stealth ing.) və uzaq məsafədən yay və oxla döyüş üçün nəzərdə tutulub.
Hood: Outlaws & Legends oyunundan “Ranger” ixtisasın qeympley videosunu sizinlə paylaşırıq: