Sony 28 may tarixli “State of Play” təqdimatında Horizon Forbidden West oyununun 14 dəqiqəlik qeympley videosunu təqdim edib.
Oyunçular tərəfindən yüksək qiymətləndirilən “Horizon Zero Dawn” oyununun davamı “Horizon Forbidden West” PS4 və PS5 konsollarına buraxılacaq. Təqdimat zamanı oyununun buraxılış tarixi açıqlanmasa da, 14 dəqiqəlik qeympley videosu təqdim olundu. Xatırlayırsınızsa, təqdimatın anonsu barədə əvvəlki məqaləmizdə sizinlə paylaşmışdıq.
İlk qeympley videosundan bəlli olur ki, ümumən oyun mexanikası dəyişməz qalsa da “Horizon Forbidden West”də əvvəlki hissə ilə müqayisədə qrafika daha da təkmilləşdirilmişdir. Şüa izləmə texnologiyası sayəsində oyun artıq daha parlaq və canlı görünür. Yeniliklərə gəldikdə isə personajın arsenalına tez bir zamanda yüksəkliyə qalxmaq üçün qarmaqlı ip və planer (uçuş üçün vasitə) əlavə olunub. Eləcə də baş qəhrəman Eloy bu oyunda artıq suya dala bilir.