Hörümçək-adam: Evdən Uzaqda (Spider-man: Far From Home) filminin yeni treyleri təqdim olunub. (Diqqət! Qisasçılar: Final filmi üçün spoyler var)
Marvel kainatının ən məhşur super qəhrəmanlarından biri olan “Marvel Studios” tərəfindən ərsəyə gətirilən Hörümçək-adamın solo filminin 2-ci seriyası olan Hörümçək-adam: Evdən Uzaqda filminin 2-ci – yeni treyleri paylaşılıb. Filmdə Hörümçək-adamın Avropa ölkələrinə səyahəti və komikslərdə tanınmış obrazlardan biri olan Misterio ilə qarşılaşmasını izləmək olar. Əgər Qisasçılar: Final filmini izləməmisinizsə, qeyd edək ki, artıq bu treylerdə spoyler mövcuddur.
Hörümçək-adam: Evdən Uzaqda (Spider-man: Far From Home) filminin treylerini Sizə təqdim edirik: