“Sony” şirkəti filmin altyazısını Sony Pictures Entertainment rəsmi YouTube hesabında paylaşdığı xüsusi videoçarxda elan edib. Marvel Film Dünyasına aid olan “Hörümçək-adam” film seriyasının rəsmi altyazısı “Evə Yol Yoxdur” (No Way Home ing.) olacaq.

İki gün əvvəl isə “Hörümçək-adam” filmlərində baş rollarda olan Tom Holland, Ceykob Batalon və Zendaya Koulman – hər biri sosial şəbəkələrdəki şəxsi hesablarında fərqli altyazı paylaşmışdılar. Onlar iddia edirdilər ki, yeni “Hörümçək-adam” filminin altyazısı ya “Phone Home” (Tom Holland), ya “Home-Wrecker” (Ceykob Batalon), ya da ki, “Home Slice” (Zendaya) olacaq.
Nəticə etibarı ilə isə aktyorlar tərəfindən paylaşılan altyazıların heç biri həqiqəti əks etdirmirdi. Beləliklə, film ətrafında maraqlı bir şou yaranmış oldu.
“Hörümçək-adam: Evə Yol Yoxdur” filminin altyazısı ilə əlaqədar Sony Pictures Entertainment tərəfindən paylaşılan videoçarxı Sizə təqdim edirik:
Bu arada, “Spider-man: No Way Home” filminin premyerası 16.12.2021-ci il tarixinə planlaşdırılıb.