Hot Wheels Unleashed 30 sentyabr tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S və Nintendo Switch platformaları üçün buraxılacaq
Milestone studiyası onlayn yayımda izləyicilərə ərsəyə gətirdiyi “Hot Wheels Unleashed” oyununun ilk qeympleyini təqdim edib. Yəqin ki, “Hot Wheels” adı çoxlarına məşhur oyuncaq brendini xatırladır. “Hot Wheels Unleashed” məhz həmin oyuncaqların oyun adaptasiyasıdır.

Oyun “Hot Wheels” maşın kolleksiyasından bəhrələnir. Oyuncaqda olduğu kimi “Hot Wheels Unleashed”də də oyunçuları dolaşıq yollar gözləyir.
Oyunu həm ikinəfərlik rejimdə iki hissəyə bölünmüş ekranda dostunuzla, həm də 12 nəfərin iştirak edə biləcəyi onlayn rejimdə oynaya bilərsiniz.
Hot Wheels Unleashed oyununun qeympley treylerini təqdim edirik: