IGN portalının paylaşdığı 7 dəqiqəlik qeympley videosu oyunun ilk epizodunun əvvəllərindəndir
Epic Games şirkətinin təşəbbüsü ilə Remedy tərəfindən ərsəyə gətirilən “Alan Wake Remastered” oyununun buraxılışına təxminən bir həftə qalıb. Oyun PC, PS5, Xbox One / Xbox Series X|S platformalarına buraxılacaq.
Buraxılış gününə az müddət qaldığı üçün oyun haqqında getdikcə daha da çox təfərrüatlar məlum olmağa başlayır. Bu dəfə IGN portalının paylaşdığı 7 dəqiqəlik 4K ölçülü real qeympley videosunda oyunun necə təkmilləşdirildiyini daha aydın qiymətləndirmək mümkündür. Qeympley videosu oyunun ilk epizodunun başlanğıcından qısa bir hissəni ehtiva edir.