2020-ci ilin iyun ayının əvvələrində “IGN” portalı “E3” sərgisinə bənzər onlayn tədbir keçirəcək
Bu barədə “IGN” portalı rəsmi olaraq məlumat yayıb. 2020-ci ildə ənənəvi olaraq keçiriləcəyi nəzərdə tutulan “E3” sərgisinin bu il həmişəki qaydada baş tutmayacağı üçün “IGN” portalı öz “Summer of Gaming” rəsmi adı altında 2020-ci ilin iyun ayında onlayn oyun sərgisini həyata keçirəcək.
Qeyd olunan tədbirdə “THQ Nordic”, “2K Games”, “Square Enix”, “SEGA”, “Bandai Namco”, “Amazon”, “Google Stadia”, “Devolver Digital” və digər oyun istehsalçı və yaradıcılarının iştirakı nəzərdə tutulub.