Rejissor Qay Ritçinin “İnsan Qəzəbi” filminin premyerası ABŞ-da 7 may, Rusiya Federasiyasında isə 22 aprel tarixində baş tutacaq
Baş rolda Ceyson Stethem ilə çəkilən “İnsan Qəzəbi” (Wrath of Man ing.) filmi ekşen-triller (action-thriller ing.) janrındadır.
Süjetə görə Ceyson Stethemin canlandırdığı Eyç obrazı Los-Ancelesdə baş verən silsilə oğurluqları törədən şəxsləri taparaq onları cəzalandırmaq istəyir. Ədaləti bərpa etmək üçün araşdırmaya başlayan Eyç istənilən yollarla məqsədinə nail olmağa çalışacaq.

Rejissoru Qay Ritçi, baş rolda isə Ceyson Stethem olan filmdən yalnız bir şey gözləmək olar – xeyli ekşen. Treyleri izlədikdən sonra isə buna ümumiyyətlə heç bir şübhə qalmır.
İnsan Qəzəbi (Wrath of Man) filminin treylerini təqdim edirik: