Electronic Arts rəsmi YouTube kanalında oyunun “Birlikdə daha yaxşıyıq” (We’re Better Together ing.) adlı yeni treylerini paylaşıb. Treyler baş qəhrəmanlar Mey və Kodinin qeympley elementlərini özündə ehtiva etməklə yanaşı, ümumilikdə süjet xəttinin düyününə – əsas hadisələrin başlandığı məqama həsr olunub.
It Takes Two oyunu haqqında saytımızda olan ətraflı məqalələri oxumaq üçün aşağıdakı keçidlərdən yararlana bilərsiniz:
Qeyd edək ki, bu oyun üçün kooperativ mütləqdir, yəni iki oyunçu tələb olunur. Lakin, iki nəfərin oynaması üçün yalnız onlardan birinin oyunun fiziki və ya rəqəmsal surətini əldə etməsi kifayət edir.
Treyler Fletwood Mac qrupunun The Chain musiqisi ilə müşayiət olunur.
It Takes Two oyununun “Birlikdə daha yaxşıyıq” adlı treylerini Sizə təqdim edirik: