“Fortnite Crew” abunəçiləri Loki personajını artıq iyul ayının 1-də əldə edəcəklər
Marvel komikslərinin və Marvel Kinematoqrafiya Kainatının ən məşhur personajlarından biri olan Loki 2 gündən sonra “Fortnite” oyununa əlavə olunacaq. Bütün “Fortnite Crew” abunəçiləri artıq ilk gündən həmin personajı öz kolleksiyalarına əlavə edə biləcəklər. Loki dəstinə aşağıdakı əşyalar daxildir:
- Loki Laufeyson Outfit
- Loki’s Cape Back Bling
- Loki’s Scepter Pickaxe
- Chitauri Chariot Glider
- Loki’s Welcoming Loading Screen

“Fortnite Crew” abunəçiləri sadalananlarla yanaşı həm də mövzuya uyğun yüklənmə interfeysi də əldə edəcəkclər.

Əgər siz tez-tez “Fortnite” oynayırsınızsa, sözsüz ki, oyunun ən maraqlı təkliflərini əldə etmək üçün “Fortnite Сrew” abunəsinə qoşulmanız tövsiyə olunur. Hər ay cəmi 11.99$ ödəniş etməklə eyni anda həm abunə olmaq, həm də döyüş keçidi (battle pass ing.) əldə etmək imkanına sahib olursunuz.
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasında hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda “V-Bucks”ları (oyundaxili valyuta) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
GGC müəllif kodu:
GAZEGAMECOM
Ənənəvi olaraq yeni personajın oyuna əlavə olunması münasibətilə Epic Games videoçarx təqdim edib: