Bu gün “Ədalət Liqası” (Justice League) filminin son treyleri “HBO Max” rəsmi YouTube kanalında paylaşılıb
DC Comics superqəhrəmanlarına həsr olunmuş “Ədalət Liqası” filminin rejissor Zak Snayderə məxsus versiyası 18 mart 2021-ci il tarixində “HBO Max”-da yayımlanacaq. “Ədalət Liqası” filmi barəsində ətraflı məlumatı saytımızdakı digər məqalədən ala bilərsiniz.
Filmin yeni treylerində 2017-ci ildə işıq üzü görmüş “Ədalət Liqası” filmində olmayan xeyli yeni səhnələr yer alır. Əsas nəzərə çarpan məqamlar isə aktyor Cared Letonun canlandırdığı fərqli təcəssümdə olan Coker obrazı və digər bir mənfi obraz Darkseid ilə bağlıdır.
Bəzi məlumatlara görə filmin ümumi xronometrajı təxminən 4 saat təşkil edəcək.
Son treyler Zak Snayderin bu filmə ikinci nəfəs verə biləcəyinə olan ümidləri daha da artırır.
“Ədalət Liqası” (Justice League) filminin rejissor Zak Snayder versiyasının son treylerini Sizə təqdim edirik: