Oyununun videoçarxı “Future Games Show” sərgisi çərçivəsində təqdim olunub və özündə yeni görüntüləri ehtiva edir
“Kena: Bridge of Spirits” Ember Lab studiyası tərəfindən PC və PS4 / PS5 platformaları üçün yaradılır. Oyun 25 avqust tarixində buraxılacaq. Buna baxmayaraq artıq öncədən sifariş etmək mümkündür. PC platforması üçün oyunu “Epic Games” onlayn mağazasından əldə etmək olar.
Üçüncü şəxs perspektivli “Kena: Bridge of Spirits” oyununun baş qəhrəmanı Kena adlı gənc qızdır. O, fiziki dünya ilə ruhlar dünyası arasında bələdçidir. Kena vəfat etmiş insanların ruhlarının başqa dünyaya köç etməsinə kömək edir.

Videoçarxda sinematik səhnələrlə yanaşı qeympley görüntüləri də yer alır. Əvvəllər təqdim olunan treylerlərdən bəzi görüntülər təkrarlansa da, ümumən oyundan kifayət qədər yeni səhnələr də öz əksini tapıb.
Kena: Bridge of Spirits oyununun Future Games Show sərgisindən videoçarxını sizə təqdim edirik: