Square Enix şirkəti “Lara Croft and The Guardian of Light” və “Lara Croft and The Temple of Osiris” oyunlarını PC platforması istifadəçiləri üçün pulsuz paylaşır
Bu barədə Square Enix rəsmi Twitter hesabında məlumat yayıb. Şirkət bu aksiyanı keçirəcəyi yaz oyunları təqdimatına həsr edib. Hər iki kooperativ oyunu əldə etmək üçün iki sadə tələbə əməl etmək lazımdır. Bunun üçün sizə Twitter hesabı lazım olacaq.
Qeyd edək ki, aksiya müddəti məhduddur. Tələsin.
Twitter sosial şəbəkəsindəki Square Enix hesabını izləyin, sizə təqdim etdiyimiz tvitə keçid edin, həmin tvitə #SquareEnixPresents həşteqi ilə istənilən bir şərh yazın. Bir müddət sonra Twitter hesabınızdakı mesajlar bölməsinə sözügedən oyunları pulsuz əldə etmək üçün şifrələr göndəriləcək.
“Lara Croft and The Guardian of Light” 2010-cu il tarixində PC, PS3 və Xbox 360 platformalarına buraxılıb və bu gün üçün də aktual olan kooperativ rejimi dəstəkləyən oyundur.
“Lara Croft and The Temple of Osiris” isə 2014-cü il tarixində PC, PS4 və Xbox One platformalarına buraxılıb. Yuxarıda qeyd olunan oyun ilə oxşar məzmuna malikdir və kooperativ rejimi dəstəkləyir.
Bu imkandan yararlanaraq, hər iki oyunu dost və tanışlarınızla əldə edib birgə oynaya bilərsiniz.
Qeyd olunan oyunlar haqqında heç bir təsəvvürü olmayanlar üçün isə qeympley videolarını təqdim edirik: