Yeni çempion Qven adlı canlanmış kukladır
Riot Games 26 mart tarixində “League of Legends” (qısaca LoL) üçün yeni çempionunu təqdim edib. LoL-a əlavə olunacaq növbəti personaj Qven döyüş zamanı öz arsenalında olan iynə, sap və qayçıdan istifadə edəcək.
Bu münasibətlə LoL-un rəsmi YouTube kanalında yeni çempiona həsr olunmuş iki videoçarx təqdim edilib. Videoçarxlardan biri Qvenin hekayəsini təsvir edir, digəri isə qeympley treyleridir.