Bu münasibətlə “Marvel Studios” aktyor Tom Hidllstonun iştirakı ilə qısa anons videoçarxı təqdim edib
“Disney+” servisində yayımlanacaq “Loki” serialının premyerası 11 iyun tarixindən 9 iyun tarixinə təyin olunub.
“Disney+” servisində daha əvvəl yayımlanan “VandaVijn” və “Şahin və Qış Əsgəri” seriallarında olduğu kimi “Loki” serialında da hadisələr “Qisasçılar: Final” filmindən sonra davam edir. Bu dəfə isə serialın adından bəlli olduğu kimi “Loki” obrazının sonrakı taleyi işıqlandırılacaq. Xatırlayırsınızsa, “Qisasçılar: Final” filmindəki səhnələrdən birində Loki vəziyyətdən istifadə edərək tesserakt vasitəsilə qeybə çəkilir.

“Loki” serialı ilə bağlı digər bir xəbər isə yeni seriyaların əvvəllər olduğu kimi hər həftənin cümə günü yox, çərşənbə günləri buraxılacağıdır.
Tom Hiddlstonun iştirakı ilə “Marvel Studios” tərəfindən təqdim olunan anons videoçarxı: