Lucasfilm “Ulduz Döyüşləri” dünyası üçün nəzərdə tutduğu “High Republic Era” adlı yeni dövr üzərində işlərə yalnız 2021-ci ildə başlayacaq
Buna səbəb sözsüz ki, dünyanı əhatə edən virus pandemiyası təhlükəsidir. Bu elandan əvvəl yeni dövr üzərində proseslərin bu ilin avqust ayında Çarls Soulun “Cedayların İşığı” adlı romanının buraxılışı ilə başlanacağı planlaşdırılırdı.
“High Republic Era” dövrü ideyası hazırda kitab və komiksləri əhatə edir. Sözü gedən dövrdə hadisələr Skayuokerlər dövründən 200 il əvvəl Ceday-vuki və quldur vikinqlərin mövcud olduğu bir zamanda cərəyan edir.
Ümumilikdə “High Republic Era” dövrünün hazırda məlum olan 3 kitab və komikslərdən ibarətdir.

Bu günə məlum olan buraxılış tarixləri aşağıdakılarıdır:
• “Cedayların İşığı” (Light of the Jedi) romanı – 05.01.2021
• “Cəsarət Sınağı” (A Test of Courage) novellası – 05.01.2021
• “Qaranlığa” (Into the Dark) romanı – 02.02.2021
Yeni “High Republic Era” dövrünün anonsu ilə əlaqədar Lucalfilm şirkətinin yayımladığı videonu Sizə təqdim edirik: