Məhşur “DOOM” oyunu əsasında çəkilən “DOOM Annihilation” filmi “Universal” studiyası tərəfindən ərsəyə gətiriləcək. Filmin rejissoru Tony Giglio-dur. Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında buraxılması planlaşdırılan bu filmin, 2005-ci ildə çəkilən “DOOM” filmi ilə heç bir əlaqəsi yoxdur və burada süjet fərqli yönümlü olacaq.
Filmin süjetinə əsasən bir qrup xüsusi təyinatlı dəstə Mars planetinin peykində yerləşən elmi-tədqiqat bazasından alınan həyəcan siqnalına görə oraya yollanır. Lakin çatdıqları zaman aşkar edirlər ki, burada çalışan alimlər cəhənnəmə portal açıblar və artıq o portaldan müxtəlif əcaib məxluqlar peyda olub.
Tizer treyleri (teaser trailer) Sizə təqdim edirik: