Yeni MetaHuman Creator texnologiyası oyun sənayesində əsaslı inkişaf yaratmaq perspektivinə malikdir
Epic Games tərəfindən yaradılan bu texnologiya həqiqətən də təəccübləndiricidir. Bircə təsəvvür edin ki, bir insanın keyfiyyətli və son standartlara cavab verən 3D modelinin yaradılması oyun yaradıcılarından bir aya yaxın vaxt tələb edir. MetaHuman Creator texnologiyası isə əvvəllər sərf olunan bu vaxtı 1 saat hüdudlarınadək azaldır. Cəmi 1 saat ərzində nekst-gen 3D modelin yaradılması üçün bəzi hallarda heç oyun kodlaşdırma bilik və bacarıqları belə tələb olunmur.
Epic Games şirkətinin verdiyi məlumata görə MetaHuman Creator “bulud” servisi kimi fəaliyyət göstərəcək. Texnologiyanın köməyi ilə kolleksiyada olan artıq hazır modellərdən istifadə edərək onları şəxsi istəklərə görə xüsusiləşdirmək və ya 3D modeli sıfırdan yaratmaq olar.

Artıq proqram çərçivəsində 18 bədən və 30-dan çox hazır saç stili modeli mövcuddur. Epic Games zaman keçdikcə bu modellərin sayının artacağını vurğulayır.
Ümumilikdə modelin hər hansı bir oyunun layihəsinə əlavə olunması prosesi isə çox sadə izah olunur:
Modeli tam hazırladıqdan sonra onu sadəcə Quixel Bridge proqram vasitəsilə Unreal Engine oyun mühərrikinə köçürmək lazımdır.
Sizə təqdim edəcəyimiz növbəti iki video məqalədə bəhs etdiyimiz modellərin əyani təsvir edir.
MetaHuman Creator texnologiyasının Unreal Engine tərəfindən paylaşılan videoları: