İlk dəfə 18 il əvvəl 15 noyabr 2002-ci ildə başladılmış Xbox Live servisinin adı Xbox Network ilə əvəz olunacaq. Bəli, eynilə PlayStation Network kimi.
Xbox Live (bundan sonra Xbox Network) Microsoft tərəfindən Xbox platforması üçün yaradılmış və son zamanlar PC platformasında da dəstəklənən onlayn çoxnəfərlik oyun və rəqəmsal media servisidir.
Microsoft öz servisinin adını ödənişli abunə üçün nəzərdə tutulan “Xbox Live Gold” adından fərqləndirmək üçün dəyişir. Bu barədə “The Verge” xəbər saytı rəsmi mənbədən məlumat alıb.

Hələ proses tam yekunlaşmadığından Microsoft tətbiqlərində tədricən gedən rebrendinqi yalnız beta-testerlər görə bilir.