“Microsoft” şirkəti aktiv olmayan istifadəçiləri siləcək
“Microsoft” şirkətinin yeni hesablarla bağlı qəbul etdiyi və 30.08.2019-cu il tarixindən tətbiq olunacaq qaydalarına əsasən 2 ildən artıq aktiv olmayan istifadəçi hesabları silinəcək. Bununla yanaşı qeyd olunur ki, hesab daxilində mövcud alınmış oyun, qüvvədə olan abunəlik və ya pul qalığı olarsa bu qaydalar həmin hesablara şamil olunmayacaq. Güman olunur ki, bu addımla “Microsoft” şirkəti gələcək istifadəçilər üçün məşğul edilən istifadəçi adları siyahısını mümkün qədər məhdudlaşdırmaq istəyir.