“Flames of the Nether” adlı DLC 24 fevral tarixində buraxılacaq
Yeni DLC (oyun əlavəsi) oyunçulara “alt dünyaya” səyahət etmək imkanı yaradacaq. Rəsmi mənbəyə əsasən DLC ödənişli olacaq.

DLC özündə aşağıdakıları ehtiva edir:
• 6 yeni tapşırıq
• Yeni artefaktlar
• Yeni silahlar
• Yeni geyimlər
• Yeni kostyumlar
• Yeni heyvan
Minecraft rəsmi saytında qeyd olunan məlumata əsasən oyunçuları “Flames of the Nether” adlı DLC ilə yanaşı daha bir pulsuz yeniləmə gözləyir. Onların hər ikisini də 24 fevral tarixində yükləmək mümkün olacaq. Pulsuz yeniləmənin oyuna xeyli yeniliklər gətirəcəyi qeyd olunur.