Gözlənilən yenilənmə baş tutacaq. “Mortal Kombat 11”-ə “Shang Tsung”-la yanaşı 5 yeni döyüşçü əlavə olunacaq
“Mortal Kombat” oyun seriyasının müəllifi Ed Boon rəsmi Twitter səhifəsində “Mortal Kombat 11”-ə Shang Tsung və 5 yeni döyüşçü əlavə olunacağını elan edib. Bu döyüşçülərin hamısı “Kombat Pack” komplektinə daxil olacaq. Bu komplekti artıq indidən əldə etmək mümkündür. Yenilənmənin tarixi tam bəlli olmasa da, gələn həftə üçün gözlənilir.