NetherRealm Studios “Mortal Kombat 11: Aftermath” adlı oyun əlavəsinin 26.05.2020-ci il tarixdə buraxılacağını anons etmişdi və bu günədək də müxtəlif məzmunlu videolarla oyuna yeni süjetlə yanaşı digər əlavə olunacaq yeniliklər barədə məlumat verir. Düşünürəm ki, “Mortal Kombat” oyun seriyası barədə demək olar ki, hər kəs məlumatlıdır. Sonuncu “Mortal Kombat 11” oyunu haqda məlumatı isə bizim saytda oxuya bilərsiniz.
Mortal Kombat 11: Aftermath
Bu, 23.04.2019-cu il tarixdə buraxılmış Mortal Kombat 11 oyununa DLC, yəni oyun əlavəsidir. Mortal Kombat 11: Aftermath oyun əlavəsində süjet əsas süjet xəttinin bitdiyi andan başlayır. Süjetin əsasında xəyanət və yalan kimi anlayışlar durur.
Süjetə əsasən Kronikanı məğlub edən Liu Kang Raiden ilə birlikdə zamanı idarə edən qum saatı vasitəsilə tarixi yenidən başlatmaq və hadisələrin inkişafını dəyişmək istəyirlər. Lakin, bu zaman onlara Fujin (yeni əlavə olunacaq obraz) Night Wolf və Shang Tsung mane olur. Shang Tsung qeyd edir ki, əgər Lui Kang dünyanı yenidən başlatmağa cəhd göstərsə həm bütün kainatı, həm də qum saatını məhv edəcək.
Kainatı xilas etmək üçün isə Lui Kang Fujin, Night Wolf və Shang Tsung-u keçmişə dünyanın sonuna səbək ola biləcək qədim artifak tacı tapmağa göndərir.
Treylerdən də göründüyü kimi Mortal Kombat 11 oyununa yeni personajlar əlavə oluncaq. Bunlar aşağıdakılardır:
• Fujin
• Sheeva
• RoboCop
Qeyd edək ki, DLC ödənişlidir. Lakin, oyunu artıq əldə edənlər üçün yeni finişlər və döyüş meydanları əlavə olunacaq. Mortal Kombat 11: Aftermath satışda iki növdə buraxılacaq:
• Mortal Kombat 11: Aftermath Expansion (süjet, 3 yeni personaj və 3 yeni skin)
• Mortal Kombat 11: Aftermath Kollection (Mortal Kombat 11 oyunu, yeni personajlar və Aftermath Expansion) P.S Əsasən Mortal Kombat 11 oyununu indiyədək əldə etməyən şəxslər üçün nəzərdə tutulub
