“Warner Bros.” şirkətinin “Spawn” personajı haqqında məktubunun sonunda “Ash” obrazının adı hallanır
“Mortal Kombat 11” oyununun 1-ci paketinə son əlavə olunmuş “Spawn” personajı hələ son demək deyil. Oyun yaradıcıları fanatlarını daha bir neçə qonaq personajlarla sevindirəcəklər. Onların adları hələ tam məlum olmasa da, bu yaxınlarda “Warner Bros.” şirkətinin məktubunun müəlliflik hüququ qeyd olunan hissəsində “Army of Darkness” filmindən “Ash” obrazının adı hallanır. Əvvəllər də bu obrazın “Mortal Kombat 11” oyununa personaj olaraq əlavə olunacağı güman edilirdi, lakin obrazı canlandıran aktyor Brüs Kempbelin “The Evil Dead” filmindəki “Ash” obrazının oyuna əlavə olunacağı məlumatını inkar etməsi, bu fikirlərin üzərindən xətt çəkmişdi.
İndi isə hadisələrin belə inkişafı aktyorun həqiqətən də yalan demədiyini ortaya çıxarır. Belə ki, oyuna “The Evil Dead” yox, “Army of Darkness” filmindən olan “Ash” obrazının əlavə olunacağı ehtimalı var. Bunlar isə iki fərqli filmdir. Məktubda “Army of Darkness” filmindən “Ash” obrazının “Metro-Goldwyn-Mayer Studio Inc.” tərəfindən lisenziyalaşdırıldığı bildirilir.