Yeni “Ölümcül Döyüş” filmi “R” reytinqi ilə buraxılacaq
Bu yaxınlarda yeni “Ölümcül Döyüş” (Mortal Kombat) filminin 2019-cu il ərzində cənubi Avstraliyada çəkilişlərinə başlanacağı barədə xəbər yayılmışdı. Hazırda filmin ssenarisi, aktyor seçimi və digər xırdalıqları üzərində sürətli işlər aparılır. Belə ki, yeni “Ölümcül Döyüş” filminin ssenaristi Qreq Russo öz Twitter hesabında filmin “R” (qəddarlıq, zorakılıq, nalayiq ifadələr, əxlaqsız səhnələr) reytinqində olacağı barədə məlumat paylaşıb. Sözsüz ki, bu janrda və çoxlarının eyni adlı oyundan tanıdığı “Mortal Kombat”-ın bu reytinqdə olacağı gözlənilən idi.
Bütün bunlarla yanaşı, filmdə “Sub-Zero” obrazının Co Taslim tərəfindən canlandırılacağı qeyd olunub.
Filmin premyerası 04.03.2021-ci il üçün nəzərdə tutulub.