Gələn ay kinoteatrlarda və HBO Max servisində yayımlanacaq “Mortal Kombat” filminin yeni treyleri IGN portalının YouTube kanalında paylaşılıb. Yeni treylerdə təqdim olunan film səhnələri əsasən əvvəlki treylerdəkiləri təkrarlayır. Lakin, 30 saniyəlik videoçarxda əvvəllər təqdim olunmayan qısa səhnələr də yer alır.

Əgər diqqət yetirsəniz, yeni treylerdəki film səhnələrinin bundan əvvəl təqdim olunan treylerdəki bəzi film səhnələrini tamamladığını da müşahidə edə bilərsiniz.
Müqayisə üçün hər iki treyleri sizə təqdim edirik: