Sabahdan – 8 aprel tarixindən “Mortal Kombat” filmi Rusiya kinoteatrlarında yayımlanacaq
“Mortal Kombat” fanatları tərəfindən uzun müddətdir ki, gözlənilən an artıq yetişib. Film 8 aprel tarixindən Rusiya kinoteatrlarında, 23 aprel tarixindən etibarən isə HBO Max servisində yayımlanacaq. Təqdim olunan videoçarxda yaradıcı heyətin çəkilişlərlə əlaqədar açıqlamaları ilə yanaşı filmdən yeni görüntülər də yer alıb. Əvvəllər paylaşılan videoçarxlardan fərqli olaraq burada “Kabal” personajı daha aydın əks olunub.

“Mortal Kombat” filminin videoçarxda müsahibə verən heyətinin sözlərini ümumiləşdirsək, hər kəsin çəkilişlərdən zövq aldığını və yüksək peşəkarlıq nümayiş etdirdiyi qənaətinə gələ bilərik. Filmdə mövcud olan vizual effektlər çərçivəsində döyüş səhnələrinin mümkün qədər həqiqətəuyğun canlandırılması üçün aktyor və aktrisalar həqiqi döyüş fəndlərindən istifadə ediblər.
Film tərəfimizdən izləndikdən sonra ayrıca məqalədə öz mövqeyimizi bildirəcəyik.
Mortal Kombat filmi barədə yeni videoçarxı təqdim edirik: