“Mortal Kombat” (Ölümcül Döyüş) filmi 2021-ci ildə yenidən ekranlarımıza geri dönəcək
“Warnes Bros.” şirkəti 5 mart 2021-ci il tarixində yeni “Mortal Kombat” (Ölümcül Döyüş) filmini bizə təqdim edəcək. Film Warner Bros. və New Line Cinema film şirkətləri tərəfindən ərsəyə gətirilir və bu filmin yenidən çəkilişə başlaması barədə ilk dəfə 2011-ci ildə mətbuata elan olunmuşdu. Filmin prodüserinin Ceyms Van, rejissorunun Saymon Makkuoyd, ssenari müəllifinin isə Qreq Russo olduğu bu gün üçün bəllidir. Eləcə də filmin əsas səhnələrinin Cənubi Avstraliyada çəkiləcəyi qeyd olunur.