Warner Bros. və New Line Cinema film şirkətləri tərəfindən ərsəyə gətirilən Mortal Kombat filmi premyerayadək fanatlarını sevindirməkdə davam edir. Bu dəfə filmin rəsmi Twitter hesabı yeni poster paylaşıb.
Yeni poster indiyədək əsaslı işıqlandırılmayan və hətta treylerdə də kadr arxası görünən Kabal personajını özündə əks etdirir.

Qeyd edək ki, “Mortal Kombat” filminin ABŞ-da premyerası 16 aprel tarixində, qonşu Rusiyada isə 8 aprel tarixində baş tutacaq.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan karantin rejimi qaydalarına görə ölkə ərazisində fəaliyyət göstərən kinoteatrlar hələ də bağlıdır. HBO MAX servisinin də Azərbaycan ərazisini dəstəkləməməsini nəzərə alsaq, biz filmi kənar mənbələrdən izləmək məcburiyyətində qalacağıq.