Microsoft şirkəti ƏS üçün yeniləmələrinin problemlər yarandığından artıq xəbərdardır
Sözügedən problemlər KB4598299 və KB4598301 saylı yeniləmələri Windows 10 ƏS-nin 20H2, 2004 və 1909 versiyalarına yükləndikdən sonra yaranır. Bu yeniləmələr nəticəsində ƏS sistemi daxilindəki ayrı-ayrı tətbiqlərin qəfil işləksiz vəziyyətə düşməsi və ya ümumilikdə ƏS-nin sıradan çıxması halları müşahidə olunur. Müvəqqəti olaraq yuxarıda qeyd olunan versiyalar üçün yeniləmələrin avtomatik olaraq yüklənməsini dayandırmaq tövsiyə olunur.
Microsoft şirkəti artıq yaranan vəziyyətlə bağlı xəbərdar olduğunu və tezliklə yaranan vəziyyəti aradan qaldırmaq məqsədilə müvafiq yükləmə hazırladığını bildirib.