“Disney” öz cizgi filmlərinin film adaptasiyasına davam edir
“Disney” tərəfindən bu dəfə böyük ekranlara eyni adlı cizgi filmi əsasında ərsəyə gətirilən “Mulan” filmi çıxarılacaq. “Mulan” cizgi film 1998-ci ildə buraxılıb. Eyni adlı filmin premyerası isə 27.03.2020-ci ilə planlaşdırılıb.
Süjetə görə Çin imperatoru ölkəni şimaldan gözlənilən müharibə təhlükəsindən qorumaq üçün hər ailədən bir kişinin qoşunda xidmətə göndərilməsi barədə əmr verir. Atasının xəstə olduğuna görə Fa Mulan onun əvəzinə özünü Fa ailəsindən olan kiçi kimi qələmə verərək qoşunlara gedir. Lakin, o həmişə nəzarət altındadır və sirrini açmamaq üçün olduqca ehtiyatlı olmalıdır.
Mulan filminin tizer-treylerini Sizə təqdim edirik: