Yeni personaj Wuchen sehrli qılıncları ilə rəqib oyunçulara uzaq məsafədən xəsarət yetirə bilir. Personajın oyuna əlavə olunacağı tarix isə hələ ki, bəlli deyil.
24 Entertainment və NetEase Games “Naraka: Bladepoint” oyununa əlavə olunacaq yeni personajın qeympley treylerini təqdim edib. Qeympley treylerindən görünür ki, Wuchen (yeni personaj) rəqib oyunçularla həm yaxın, həm də uzaq məsafədən döyüşə bilir. Döyüş zamanı yaxın məsafədə, o, öz qılıncından, uzaq məsafədə isə arbaletdən və sehrli qılınclardan istifadə edir. Wuchen portal və ipli qarmaq vasitəsilə tez bir zamanda müəyyən məsafə qət edə bilir. Bu bacarıqları ilə, o, həmçinin çətin və yaralı vəziyyətdə olan komanda yoldaşlarını da xilas edə bilər. Bütün sadalanan bacarıqları əyani surətdə qeympley treylerində izləyə bilərsiniz:
“Naraka: Bladepoint” oyununa Wuchen personajının əlavə olunması ilə personajların sayı 8-ə çatacaq. Təəssüf ki, hazırda yeni personajın oyuna nə zaman əlavə olunacağı bəlli deyil.
Xatırladaq ki, fentezi elementli “battle royale” janrında olan “Naraka: Bladepoint” keçən il 12 avqustda yalnız PC platforması üçün buraxılıb.