EA və Ghost Games Need for Speed oyun seriyasının yeni hissəsi – Need for Speed: Heat oyunu barədə ətraflı məlumat verdilər və oyun treylerini təqdim etdilər
“Need for Speed: Heat” oyunu 08.11.2019-cu il tarixdə PC, PS4 və Xbox One platformaları üçün buraxılacaq. Oyunun ilk gameplay-i isə 19.08.2019-cu il tarixdə “gamescom 2019” tədbirinin açılış mərasimində təqdim olunacaq.
Hələlik oyun barəsində məlum olanlar ondan ibarətdir ki, “Need for Speed: Heat”-də oyun prosesi 2 hissəyə bölünür. Belə ki, gündüzlər Palma (Mayami əsasında yaradılmış) şəhərində “Speedhunters Showdown” adlanan qanuni yarışlar keçirilir. Bu yarışlar vasitəsilə oyun valyutası qazanaraq müxtəlif yeni avtomobillər və onlar üçün təkmilləşdirmələr, gecələr isə qanundan kənar küçə yarışlarına qatılaraq reputasiya qazanmaq və bununla da daha yüksək səviyyəli təkmilləşdirmələr əldə etmək olar. Oyun treylerindən göründüyü kimi, deyəsən əvvəlki avtomobil tüninqi geri dönür. Ümumiyyətlə, oyun barəsində söylənilən fikirlərə nəzər salsaq bir çoxları “Need for Speed: Heat” oyununu əvvəlki bu oyun seriyasından olan oyunların təkmilləşdirilmiş kombinasiyasına bənzədir.
Need for Speed: Heat oyununun treylerini Sizə təqdim edirik: