“Army of the Dead” filminin prikvelinin premyerası “Netflix” striminq servisində yayımlanacaq
Prodüser Zak Snayder tərəfindən “Netflix” platforması üçün ərsəyə gətirilən “Army of Thieves” filmində hadisələr “Army of the Dead” filmində əvvəl cərəyan edir. Xatırladaq ki, sonuncunun premyerası 14 may tarixində “Netflix”də yayımlanmışdı. Hazırda “Army of Thieves” filminin dəqiq premyera tarixi məlum olmasa da, bu ilin payız aylarında yalnız “Netflix”də yayımlanacağı planlaşdırılır.
Süjetə görə
Dünya zombi təhlükəsi ilə üz-üzədir. İnsanlar qorxu və təşviş içində olduğu bir vaxtda bir qrup axtarışda olan cinayətkar bu şansı əldən verməmək haqda düşünür. Beləliklə onlar bir araya gələrək Avropanın ən çox mühafizə olunan seyflərini yararaq qənimət ələ keçirmək və həyatlarına qeyri-adi çalarlar qatmaq niyyətindədirlər.