Netflix 40 epizoddan ibarət olacaq Angry Birds haqda animasiyalı serialın 1-ci sezonunu sifariş edib
Netflix-in sifariş etdiyi bu animasiyalı serial “Yay Çılğınlığı” altyazısı altında buraxılacaq. Bu animasiyalı serialın əvvəllər böyük ekranlara çıxmış “Angry Birds” cizgi filmlərini xatırladacağı qeyd olunur. 1-ci sezona 40 epizod daxil olacaq, hər epizodun isə təqribən 11 dəqiqədən ibarət olacağı qeyd olunur.
Süjetə əsasən 3 dost Red, Çak və Bomb yeni tanışları ilə birgə “Qüdrətli Qartalın” nəzarət etdiyi yay düşərgəsinə yollanırlar. Sözsüz ki, burada da çirkin donuzlardan yaxa qurtarmaq asan olmayacaq.