Yeni Nintendo Switch artıq bu il 8 oktyabr tarixində satışa buraxılacaq
Nəhayət ki, Nintendo 7 düymlük (17.78 sm) OLED ekranla təchiz olunmuş yeni model konsolunu anons etdi. İndi isə keçək yeni Nintendo Switch konsolunun əsas xüsusiyyətlərinə:
- 7 düymlük (17.78 sm) ölçülü OLED ekran
- Təkmilləşdirilmiş dinamiklər
- 64 GB yaddaş
- Dok-stansiya üçün LAN portu
- Tənzimlənəbilən dayaq
Sadalanan yenilikləri yeni model Switch konsolunun anons treylerində əyani şəkildə görmək olar:
Müqayisə üçün qeyd edək ki, əvvəlki Nintendo Switch modeli 6.2 düymlük (15.74 sm) LCD ekran və 32 GB yaddaş ilə təchiz olunmuşdu. Yeni model konsolun texniki xüsusiyyətlərinə gəldikdə isə Nintendo şirkətinin verdiyi məlumata görə heç bir ciddi dəyişikliklər olmayacaq.
Yeni model ağ və mavi-qırmızı olmaqla iki rəngdə buraxılacaq.
Bu ilin 8 oktyabrda yeni Nintendo Switch konsolunu 349.99$ qiymətinə rəsmi satışa buraxılacaq. Qeyd edək ki, əvvəlki model ilə qiymət fərqi cəmi 50$ təşkil edir.