Stiven Kinqin horror janrında yazdığı “O” əsərinin əsasında çəkilən “O 2” filminin ilk treyleri təqdim olundu
Stiven Kinqin əsərlərinin bir çoxunun horror janrında olduğu məlumdur. Lakin, bunlar sırasında xüsusi yer alan “O” bir çoxlarının fobiyası ilə bağlıdır. Bu əsərin möhtəşəm ekranizasiyası isə film haqqında yalnız müsbət fikirlər yaradır.
“O 2”-də hadisələr birinci seriyadakı Pennivayz ilə qarşılaşmadan 27 il sonra cərəyan edir. Artıq film seriyasının obrazları bu filmdə böyüyərək müəyyən yaş həddinə çatıblar. Onların hər birinin öz şəxsi həyatı var. Lakin heç kəsin gözləmədiyi bir anda daxil olan qəfil zəng hər şeyi dəyişir. Köhnə dostlar yenidən bir araya gəlirlər.
O 2-nin (IT: Chapter Two) treylerini Sizə təqdim edirik: