Serialın bu il yaz aylarında çəkilişlərə başlanacağı gözlənilir
Bu haqda informasiyasını Obi-Van haqda serialın baş qəhrəmanı olacaq Yuen MakQreqor təsdiqləyib. Qeyd edək ki, əvvəllər Yuen MakQreqor “Ulduz Döyüşləri” (Star Wars) filminin 1-3-cü epizodlarında Obi-Van rolunu canlandırıb.


İlkin məlumata görə serialda hadisələr “Ulduz Döyüşləri” filminin 3-cü epizodundakı hadisələrdən bir neçə il sonrakı dövrü əhatə edəcək.
Enakin və Dart Veyder rolunu canlandırması ilə məşhurlaşan Hayden Kristensen də öz roluna geri dönəcək.

