“Oddworld: Soulstorm” oyununun yeni qeympley görüntüləri “Future Games Show” sərgisi çərçivəsində təqdim olunub
Oyun ilk baxışdan 3D formata bənzəyən 2.5D formatlı platformerdir. Əvvəlki hissədən (Oddworld: New ‘n’ Tasty!) fərqli olaraq “Oddworld: Soulstorm”a silahların kastomizasiyası və kraftinqi kimi yeni qeympley elementi əlavə olunub. Platformer 6 aprel tarixində PC və PS4 / PS5 platformalarına buraxılacaq. PC və PS4-dən fərqli olaraq xüsusilə PS5 qeympadı DualSense üçün haptik əks əlaqə funksiyasını dəstəkləyəcək. Bu barədə biz Sony “State of Play” təqdimat sərgisindən məqalədə oyun haqqında yazarkən də qeyd etmişdik.

PS5 konsolunun sahibləri “Oddworld: Soulstorm” oyununu PS Plus abunəliyi ilə ödənişsiz əldə edə biləcəklər.
Oddworld: Soulstorm oyununun Future Games Show sərgisindən qeympley görüntüləri: