Oktyabrda PS Plus abunəsinə “Hell Let Loose”, “PGA Tour 2K21” və “Mortal Kombat X” oyunları daxil olacaq
Nəhayət ki, ayın sonu gəlib çatdı və Sony PS Plus abunəsinə növbəti ayda daxil olacaq oyunların adlarını açıqladı. Oktyabr ayında PS Plus abunəçiləri aşağıda adları sadalanan oyunları ödənişsiz öz kolleksiyalarına əlavə edə biləcəklər:
- Hell Let Loose (PlayStation 5)
- PGA Tour 2K21 (PlayStation 4 / PlayStation 5)
- Mortal Kombat X (PlayStation 4 / PlayStation 5)
Qeyd edək ki, oktyabr abunəsinə daxil olan oyunların adları artıq bir neçə gün bundan əvvəl də şəbəkəyə sızmışdı.
Abunəçilər sadalanan oyunları oktyabr ayının 5-dən noyabr ayının 1-dək əldə edə bilərlər.
Hell Let Loose
Oyun Black Matter və Team17 tərəfindən ərsəyə gətirilib. İlk dəfə 27.07.2021-ci il tarixində PC platforması üçün buraxılıb. PlayStation 5 platforması üçün isə məhz PS Plus abunəsinə əlavə olunduğu gün – 5 oktyabrda buraxılacaq. Eyni gündə oyunun Xbox Series X|S platformasına da buraxılacağı gözlənilir.
“Hell Let Loose” İkinci Dünya müharibəsinin qərb və şərq cəbhələrindən bəhs edən birinci şəxs perspektivli şuterdir. Yalnız çox nəfərlik rejimi dəstəkləyir.
PGA Tour 2K21
Oyun HB Studios və 2K Sports tərəfindən PC, PS4, Xbox One, Stadia və Nintendo Switch platformaları üçün ərsəyə gətirilib.
“PGA Tour 2K21” müasir peşəkar qolf simulyatorudur. Oyun həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyir.
Mortal Kombat X
Məşhur “Mortal Kombat” faytinq seriyasının 10-cu hissəsi NetherRealm Studios və Warner Bros. Interactive Entertainment təfərindən 2015-ci ildə Unreal Engine 3 mühərrikində ərsəyə gətirilib. Oyun PC, PS4 və Xbox One platformaları üçün buraxılıb.
“Mortal Kombat X” döyüş janrındadır. Həm tək nəfərlik, həm də çox nəfərlik (lokal, şəbəkə) oyun rejimlərini dəstəkləyir.