Opera yeni oyun brauzeri hazırlayır
Opera şirkəti sırf veb-oyun tətbiqləri üçün yeni, analoqu olmayan brauzer hazırlayır. Brauzerin adı “Opera GX” olacaq. Bu brazuerin xüsusiyyətləri, necə fəaliyyət göstərəcəyi və hansı funksiyaları yerinə yetirəcəyi hələ tam bəlli deyil, lakin bütün bunları ilk sınaqdan keçirmək üçün Opera şirkəti beta-test həyata keçirəcək.
İndidən qeydiyyatdan keçmək üçün, aşağıdakı linkə keçid edin və öz elektron poçt ünvanızı daxil edərək təsdiq edin. Sınaq başlayan anda, Opera sizi məlumatlandıracaq.