Üçüncü şəxs perspektivli şuter (third-person shooter ing.) janrında olan “Outriders” oyununun yeni treyleri buraxılıb. “Geriyə Yol Yoxdur” (No Turning Back ing.) adlanan treyler “Outriders” oyununun rəsmi YouTube kanalında paylaşılıb.

Yeni treyler oyundakı əsas personajların talehindən və əsas hadisələrin başlanğıcından bəhs edir. Qalaktikanın uzaq bir guşəsində olan planetə düşən personajlar mutasiyaya uğrayaraq hər biri xüsusi fövqəladə gücə sahib olur.
Xatırladaq ki, “Outriders” 01.04.2021-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S platformaları üçün buraxılacaq.
Oyun haqqında daha ətraflı məlumatı ayrıca məqaləmizdə sizə təqdim edəcəyik.
Outriders oyununun “Geriyə Yol Yoxdur” başlıqlı treyleri: